Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu, daha sonra rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.
 
XİN-dən verilən xəbərə görə, Bayramovla Çavuşoğlu bölgədə mövcud olan son vəziyyət üzrə fikir mübadiləsi aparıblar. Post-münaqişə mərhələsində bölgədə Azərbaycan tərəfindən görülən işlər, o cümlədən geniş bərpa və quruculuq işlərinin bölgənin sülh şəraitində inkişafına xidmət etdiyi vurğulanıb.
 
Tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyinin aktual mövzularını, həmçinin Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə hazırlıq məqsədilə İstanbulda keçirilməsi nəzərdə tutulan nazirlər görüşü ilə bağlı məsələləri müzakirə ediblər.

Rusiyalə nazirlə isə Ceyhun Bayramov üçrəfi bəyantaların icrasını müzakirə ediblər. 
 

Baxış sayı: 5005 | Tarix: 28.09.2022
Bizi Telegramda izləyin: @repostaz