Ermənistanın 2023-cü il üçün müdafiə büdcəsinin 47,2 faiz artırılması planlaşdırılır.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın 2023-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsində qeyd olunub.
Məlumata görə, 2023-cü ildə Ermənistan müdafiə büdcəsi 501 milyard 285 milyon dram təşkil edəcək.
Qeyd edək ki, Ermənistanın hərbi büdcəsi ilk dəfə olaraq 1 milyard dolları keçəcək.