Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri, Vladimir Putin və Vladimir Zelenski ilə yaxın günlərdə telefon danışığı olacaq.
 
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.
 
O qeyd edib ki, danışıq zamanı iki liderin Türkiyənin vasitəçiliyi ilə görüşünün təşkil olunmasının mümkün olub-olmaması müzakirə olunacaq.
 
Ərdoğanın sözlərinə görə, Rusiya lideri Vladimir Putin əvvəlki zamanla müqayisədə xeyli yumşaq mövqe nümayiş etdirir və danışıqlara açıqdır. Türkiyə Prezidenti ukraynalı həmkarı Zelenskinin də məsələ ilə bağlı yanaşmasında bir problemin olmadığını vurğulayıb.

Baxış sayı: 7038 | Tarix: 21.10.2022
Bizi Telegramda izləyin: @repostaz