Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ müdafiə naziri ilə telefon danışığı aparıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Şoyqu Pentaqon rəhbəri ilə beynəlxalq təhlükəsizliyin aktual məsələləri, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə edib.