Türkiyənin səhiyyə naziri Fahrettin Koca Binəli Yıldırımın əməliyyatdan sonrakı vəziyyətini paylaşıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Koca prezident Rəcəb Tayyib Ərdoğanla birgə Binəli Yıldırımı ziyarət edib.
"Baş dərisindəki toxuma itkisi ilə əlaqədar edilən toxuma transplantasiyası əməliyyatı uğurla həyata keçirildi. Proses zamanı mən də onun yanında idim. Biz prezidentimizlə birgə Binəli Yıldırımı ziyarət etdik. O sizə öz salamlarını çatdırır", - deyə F.Koca bildirib.
Qeyd edək ki, Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım və partiyanın İstanbul millət vəkili Şamil Ayrımın xəsarət aldıqları avtomobil qəzası oktyabrın 20-si Zəngilandan geri qayıdarkən baş verib.