Bu ilin üçüncü rübündə SOCAR-ın istismar etdiyi yataqlarda 2 mln. tona yaxın neft, 2 mlrd. kubmetrdən artıq qaz hasil edilib.
 
SOCAR-dan verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə SOCAR-ın qaz hasilatı 1,3 % artıb. Şirkətin istismar etdiyi neft yataqlarında hasilat səviyyəsinin nisbətən stabil saxlanılması istiqamətində kompleks tədbirlər planı davamlı şəkildə icra olunub.
 
Məlumata görə, 2022-ci ilin üçüncü rübündə ölkə üzrə 8 mln. tondan artıq neft, 11 mlrd. kubmetrə yaxın qaz hasil edilib.
 
“Cari ilin 3-cü rübündə SOCAR-ın ixrac göstəriciləri də qənaətbəxş olub. SOCAR tərəfindən ixrac edilən neftin həcmi 7,4% artaraq 4,8 mlrd. ton təşkil edib. SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edib”, - məlumatda qeyd olunur
 
Ölkə üzrə ixrac olunan təbii qaz həcmləri 16% artaraq, 5,2 mlrd. kubmetr olub.
 
Bildirilir ki, SOCAR tərəfindən Gürcüstan bazarına isə 174 mln. kubmetr təbii qaz ixrac olunub. Qonşu ölkəyə ixrac edilən qaz həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 56,8 faiz artıb.
 
SOCAR üzrə 2022-ci ilin üçüncü rübündə 18 min metrdən artıq qazma işləri həyata keçirilib.

Baxış sayı: 521 | Tarix: 24.10.2022
Bizi Telegramda izləyin: @repostaz