Rusiya Silahlı Qüvvələrinin Ukraynada həyata keçirdiyi “xüsusi hərbi əməliyyat” zamanı son 2 həftə ərzində təxminən 200 muzdlu döyüşçü məhv edilib.
 
APA TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
 
Onun sözlərinə görə, bundan əlavə, 74 tank, 235 digər zirehli maşın, 2 ədəd HİMARS yaylım atəşi sistemi və üzərində iriçaplı pulemyotlar olan 268 maşın məhv edilib.

Baxış sayı: 7190 | Tarix: 01.11.2022
Bizi Telegramda izləyin: @repostaz