Ermənistan Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitində Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması barədə təkliflə çıxış edib.
 
RePost.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.
 
O qeyd edib ki, amma bu təklif rədd edilib.
 
Paşinyan sülhməramlıların manatının uzadılması məsələsinin gündəmdə qalacağını əlavə edib.
 
"Biz mandatın qeyri-müəyyən müddətə - 5 il, 20 il uzadılmasını təklif etdik. Bu təklif qəbul olunmasa da, fikrimcə, məsələ artıq aktualdır və gündəliyə salınacaq", o deyib.

Baxış sayı: 6164 | Tarix: 02.11.2022
Bizi Telegramda izləyin: @repostaz