Bu gün saat 12:00-dan etibarən taxıl dəhlizinin fəaliyyəti tam bərpa olunub.
 
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
 
O qeyd edib ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akara zəng edərək bildirib.
 
Ərdoğan əlavə edib ki, o, Rusiya lideri Vladimir Putinlə taxıl dəhlizi vasitəsi ilə ilk öncə kasıb ölkələrə, Somali, Cibuti və Sudana taxıl göndəriləcəyinə dair razılaşıb.
 

Baxış sayı: 6867 | Tarix: 02.11.2022
Bizi Telegramda izləyin: @repostaz