Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun noyabrın sonunda Azərbaycana səfəri planlaşdırılır.
 
Report xəbər verir ki, R.Minnixanovun başçılıq etdiyi işgüzar nümayəndə heyəti noyabrın 26-dan 30-dək Bakıda səfərdə olacaq.
 
Səfər zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.
 
Bundan başqa, birgə biznes forumun keçirilməsi də nəzərdə tutulub.

Baxış sayı: 6392 | Tarix: 15.11.2022
Bizi Telegramda izləyin: @repostaz