Polşanın Ukrayna ilə sərhədə yaxın ərazisinə raket düşüb.
APA Polşa mediasına istinadla xəbər verir ki, 2 qanadlı raket Polşa-Ukrayna sərhədi yaxınlığında, Pşevoduv yaşayış məntəqəsindəki fermaya düşüb. Hadisə nəticəsində 3 polşalı fermer həlak olub. raketlərin mənşəyi məlum deyil.
Hökumətin sözçüsü Pyotr Müller Tvitterdə Baş naziri Moravietskinin Milli Təhlükəsizlik Bürosunun təcili iclasını çağırdığını bildirib.
Raket Rusiya istehsal; olsa da, rəsmi Moskva hərbi sursatın Rusiya Silahlı Qüvvələri tərəfindən atıldığını təkzib edib.
Faktla bağlı NATO-da öz narahatlığını bildirib, araşdırmalar başlayıb.