Ermənistan Müdafiə Nazirliyinin 4 əməkdaşı həbs olunub.
 
Bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
 
Həbs olunanların adları və nazirlikdəki vəzifələri açıqlanmayıb. Onlar rüşvət almaqda şübhəli bilinirlər.
 
Məlumata görə, Müdafiə Nazirliyinin işçiləri ümumilikdə 3500 ABŞ dolları rüşvət qarşılığında hərbçiləri müxtəlif vəzifələrə təyin ediblər.
 
Faktla bağlı araşdırma davam edir.

Baxış sayı: 6202 | Tarix: 16.11.2022
Bizi Telegramda izləyin: @repostaz