"Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir".
RePost.Az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski Noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda konfransındakı çıxışnda deyib.
O həmçinin, İran İslam Respublikasının pozuculuq fəaliyyəıtindən də bəhs edib. Şadlinski deyib ki, İran xüsusi xidmət orqanlarının Azərbaycana qarşı aktiv şəkildə həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinə qarşı kəsərli tədbirlər görülür.