NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının nümayəndələrinin “NATO günləri” çərçivəsində ölkəmizdə səfəri davam edir.
 
Nümayəndə heyəti noyabrın 24-də Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət ediblər. 
 
Qonaqlara Azərbaycan HDQ-nin tarixi və fəaliyyət istiqamətləri haqqında brifinq təqdim olunub.
 
Sonra NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının nümayəndələri NATO-nun yaranma tarixi, strukturu və ümumi fəaliyyətini əhatə edən müxtəlif mövzularda çıxışlar ediblər. 
 
Təqdimatlar başa çatdıqdan sonra qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
 
Sonda xatirə şəkli çəkdirilib.

Baxış sayı: 6924 | Tarix: 24.11.2022
Bizi Telegramda izləyin: @repostaz