Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
 
Müdafiə Nazirliyindən verilən xəbərə görə, noyabrın 30-u saat 14:40-dan saat 15:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
 
"Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - MN-dən bildirilib.

Baxış sayı: 6715 | Tarix: 30.11.2022
Bizi Telegramda izləyin: @repostaz