Sabah Zəngilan beynəlxalq hava limanına növbəti beynəlxalq uçuş Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyaddan gerçəkləşəcək.
Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Faleh Zəngilana səfər edəcək. Səfər çərçivəsində o, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın həmsədri, maliyyə naziri Samir Şərifovla görüşəcək. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq imkanları, investisiya imkanları müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, bundan əvvəl Zəngilan Hava Limanına ilk beynəlxalq uçuşu Türkiyə prezidenti Rəcəb Tayyib Ərğodan reallaşdırmışdı.