Azərbaycan hökuməti dekabrın 16-dək deputatların 2017-ci il dövlət büdcəsi layihəsinə dəyişikliklər edilməsi ilə bağlı təkliflərini qiymətləndirəcək.
 
RePost.az Trend-ə istinadən məlumatına görə, bunu parlamentin spikeri Oqtay Əsədov Milli Məclisin plenar iclasında deyib.
 
Bu gün parlamentdə 2017-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi başa çatıb. Gələn il dövlət büdcəsinin gəlirləri 16,255 milyard manat, xərcləri isə 16,9 milyard səviyyəsində proqnozlaşdırılır.
 
İcmal büdcənin kəsiri isə 1 246,5 milyon manat səviyyəsində proqnozlaşdırılır.
 
2017-ci il dövlət büdcəsi layihəsində neftin qiyməti bir barel üçün 40 dollar həcmində nəzərdə tutulur.
 
Sabah parlamentdə büdcə zərfinə daxil olan sənədlərin, o cümlədən Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi, "2017-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsi və digər məsələlər müzakirə olunacaq.
 
---------
 
18:42
 
Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi başa çatıb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 9 gün vaxt verilib.
 
Müzakirələrdən sonra spiker Oqtay Əsədov deyib ki, hökumət dekabrın 16-na kimi qaldırılan məsələlərə baxa bilər və dekabrın 16-da büdcə layihəsi səsverməyə çıxarılacaq.
 
Qeyd edək ki, büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi dekabrın 8-də davam etdiriləcək.
 
RePost.az

Baxış sayı: 3941 | Tarix: 07.12.2016
Bizi Telegramda izləyin: @repostaz