Qarlı hava şəraiti ilə əlaqədar olaraq Lerikin 45 yaşayış məntəqəsi işıqsız qalıb.
 
Bu barədə yenisabah.az-a Lerik Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Vüqar Mirzəyev bildirib.
 
“Dünən axşamdan başlayaraq Lerikə güclü qar yağıb. Qarın hündürlüyü rayonun mərkəzində 20 sm, kəndlərdə 35 sm-dir. Qar əsasən rayonun elektrik təsərrüfatına ziyan vurub.
 
Dünən gecə 32 kənddə, bu gün səhər verilən məlumata görə isə 45 kənddə elektrik enerjisinin verilişində müəyyən məhdudiyyətlər olub”, - deyə o bildirib.
 
V.Mirzəyev qeyd edib ki, hazırda kəndlərdə elektrik enerjisi verilişinin bərpası üçün işlər aparılır.

Baxış sayı: 11978 | Tarix: 09.01.2023
Bizi Telegramda izləyin: @repostaz