Şənbə günü axşam saatlarında İsfahan şəhərinin mərkəzində İranın Müdafiə Nazirliyinə aid hərbi obyektə dron hücumu edilib.
Bu barədə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Bəyanatda hadisə “uğursuz hücum” kimi qeyd edilsə də bir çox hərbi obyektlər yanəb külə dönüb. Çoxlu sayda ölən və yaralanan var. Amma molla rejimi bunu gizlədir.
Daha əvvəl İsfahan qubernatorunun müavini şəhərdə güclü partlayış səsi eşidilməsi xəbərindən sonra Müdafiə Nazirliyinə bağlı obyektdə partlayış baş verdiyini təsdiqləyib.
Bundan başqa, sosial şəbəkələrdə Təbriz, Rəşt, Həmədan və digər şəhərlərdə hava hücumlarının əks olunduğu videolar paylaşılıb.