Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın  Almaniya kansleri Angela Merkelə “faşist” deməsinə qarşı tərəf reaksiya verib.

RePost.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, A.Merkel Yaponiya Baş naziri Şinzo Abe ilə Hannoverdəki görüşü zamanı Türkiyə ilə münasibətlərdən danışıb. O, bildirib ki, türk liderlərin faşist müqayisəsi sona çatmalıdır:

“Bu şərhim “ammalar” və “əgər”lər olmadan vacibdir. Türkiyənin 16 aprel refendumu ilə bağlı Almaniyada təşkil edəcəyi tədbirlərin keçirilməsini qadağan edə bilərəm. Almaniya Xarici İşlər Nazirliyi ötən həftəTürkiyəyə nota göndərib. Bu notada Türkiyə siyasətçilərinin Almaniyadakı tədbirlərə qatılmasına konstitusiya tələbləri çərçivəsində icazə veriləcəyi qeyd edilib. Əks təqdirdə, referendum tədbirlərində iştirak etmək icazəsinə yenidən baxılacaq”.

Xatırladaq ki, Ərdoğan bundan öncə Merkelə ünvanlı şəkildə “Sən də indi faşist qaydalarını tətbiq edirsən. Kimə? Almaniyadakı türk qardaşlarıma və ya ora gedən nazir, millət vəkili qardaşlarıma”, - deyə açıqlama vermişdi.


Baxış sayı: 4245 | Tarix: 21.03.2017
Bizi Telegramda izləyin: @repostaz