11 vilayətimizi dirçəldəcəyik.
 
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda keçirdiyi brifinqdə bildirib.
 
Reklamınızı SmartBee ilə effektiv edin.
Onun sözlərinə görə, mart ayında Hatayda 40 426, Kahramanmaraşda 45 067, Adıyamanda 25 882, Qaziantepdə 18 544 mənzilin inşasına başlanılacaq.
 
“Yenə mart ayında Elazığda 3 750, Adanada 2 500, Kilisdə isə 250 mənzilin inşası həyata keçiriləcək”, - o əlavə edib.
 
Onun sözlərinə görə, zəlzələ bölgəsində bütün yaşayış evləri sıfırdan maksimum 4 mərtəbəli tikiləcək.
 
Ərdoğan qeyd edib ki, 1 milyon 684 min vətəndaşın yaşayış ehtiyacı ödənilib.
 

Baxış sayı: 13916 | Tarix: 20.02.2023
Bizi Telegramda izləyin: @repostaz