Türkiyədə maraqlı hadisə yaşanıb.

RePost.AZ  xəbər verir ki, İstanbulda bir ailə bonzai narkotik bitkisini kəklikotu zənn edərək yeyib.

Belə ki, Aysel K. adlı evdar xanım həyətlərində tapdığı torbadakı otu dağ kəklikotu bilib, onu kababa töküb. Ailə üzvləri və qonaqlar kababı yedikdən sonra qəribə hərəkətlər etməyə başlayıblar.

Narkotik bitki ilə bişən kababdan yeməyən ailənin gəlini Yeliz D. qonaqların və ailə üzvlərinin zəhərləndiyindən şübhələnərək təcili yardım çağırıb. Xəstəxanaya çatdırılan 9 nəfərdən biri dünyasını dəyişib.

Hadisədən sonra polis bonzai torbasını həyətə atan şəxsin kimliyini araşdırmağa başlayıb. (Qafqazinfo)


Baxış sayı: 5670 | Tarix: 22.03.2017
Bizi Telegramda izləyin: @repostaz