Ramazan bayramı münasibəti ilə Nəsimi rayonu veteranları ən imkansız ailələrə maddi yardım göstərdilər. 4 ailə ziyarət olundu 6 ailəyə isə köçürmə yolu ilə maddi yardım göstərildi. Aztəminatlı veteran ailələri ilə gorüşdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədr müavinləri Azad Cəbrayılov, Qaçay Aslanov, Namiq Həşimov və Vahid Həsənov, Telman Nəsirov iştirak etdilər.
 
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri, ehtiyyatda olan polkovnik Elmar Hüseynov məlumat verib.
 
Rüxsarə xanım, Qönçə xanım, Təhminə xanım və Rafiq bəy evində Təbrik edildi. Qazilər İlham Rüstəmov, İlqar Cəfərov, Nəbi Abbasov, Taleh Kərimova bankomat vasitəsiylə köçürmə yolu ilə maddə yardım göstərildi.
 
Ramazan bayramı münasibəti ilə aztəminatlı ailələrə yardım Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri, ehtiyyatda olan polkovnik Elmar Hüseynovun təşkilatçılığı ilə həyata keçirildi.
 
Müharibə veteranlarına Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin bayram təbriki çadırlıdı.
 
AVMVİB-in Nəsimi rayon şöbəsinin veteranlarına yerli icra hakimiyyəti və digər rayon strukturları heç bir qayğı, kömək və diqqət göstərmirlər. Onların öz qazi, veteranları var. Ayrı-seçkilik, iclaslarında tərif söyləyənləri var.
Polkovnik Elmar Hüseynov :»Biz isə birlikdə güclüyük deyərək, qərara gəldik ki, ən imkansız veteranlarımızı bayram münasibəti ilə təbrik edək.»
 

Baxış sayı: 9432 | Tarix: 23.04.2023
Bizi Telegramda izləyin: @repostaz