Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə “Günay Bank”ın lisenziyası ləğv edilib.
 
2023-cü il aprel ayının 1-nə “Günay Bank”ın ümumi depozitlərin həcmi 108 milyon 566 min manata bərabər olub.
 
“Günay Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 mln. manat təşkil edir. Bu isə o deməkdir ki, qalan 70 milyon manat əmanətin aqibəti bəlli deyil.
 
Əsas diqqətə alınmalı məqam, bankın kredit təşkilatları qarşısanda olan 90 milyon 104 min manat öhdəlikləridir ki, ilk olaraq bank bu öhdəlikləri ödəməlidir.
 
2023-cü ilin birinci rübündə “Günay Bank” ın aktivlərinin həcmi 274 milyon 274 min manat, cəmi öhdəliklərinin həcmi isə 206 milyon 295 min manat təşkil edib.
 
2023-cü il aprel ayının 1-nə bankın cəmi kapitalının həcmi 67 milyon 978 min manat, nizamnamə kapitalı isə 64 milyon 910 min manata bərabər idi.

Baxış sayı: 13156 | Tarix: 17.05.2023
Bizi Telegramda izləyin: @repostaz