Şərqi Zəngəzurun Yenidənqurma, Tikinti və İdarəetmə üzrə Dövlət Xidməti 2020-ci ilin Vətən müharibəsi zamanı erməni işğalından azad edilmiş Azərbaycanın Qubadlı rayonunun Zilanlı kəndinin yeni 3D vizual görüntüsünü paylaşıb.
Kənd özünün orijinal müasir memarlığı ilə seçiləcək, burada yaşayanlar üçün ən yaxşı şərait yaradılacaq.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il iyulun 21-də “Qarabağ iqtisadi rayonunda yenidənqurma, tikinti və idarəetmə xidməti”nin və “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, bu xidmətlər işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərəcək.