“Azərbaycan bu regionda və region xaricində enerji təhlükəsizliyinin gücləndirilməsində davamlı tərəfdaş olub. ABŞ Azərbaycanla davam edən bu əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyir”.
RePost.Az-ın məlumatın agörə, bunu Bakı Enerji Həftəsinin açılışında çıxışında ABŞ dövlət katibinin enerji resursları bürosu üzrə köməkçisi Ceffri Payett deyib.
ABŞ rəsmisi qeyd edib ki, onun ölkəsi Azərbaycanla iqlim dəyişikliyi ilə mübarizə sahəsində də birgə işləməyə hazırdır.
Daha sonra ABŞ Prezidenti Co Baydenin iştirakçılara müraciəti səsləndirilib.
Müraciətdə deyilir:
“Cənab prezident,
Mən sizə və Azərbaycan xalqına ən səmimi arzularımı çatdırıram. Son 30 ildə Azərbaycan və ABŞ güclü tərəfdaşlıq qurublar. Bu əməkdaşlığımız beynəlxalq təhdidlərə qarşı birgə mübarizə aparmaq, inklüziv iqtisadi böyüməni təşviq etmək kimi sahələri əhatə edir. Bu tədbir ölkələrimizin təhlükəsiz və yaşıl enerji ilə bağlı sadiqliyini ifadə edir. Azərbaycan bu səylərdə vacib rol oynayır. Orta dəhlizinin qurulması, Cənub Qaz Dəhlizinin çəkilməsi, bütün bu addımlar enerji mənbələrini şaxələndirilməsi və enerji dayanıqlılığına xidmət edir. Azərbaycan qlobal səviyyədə təhlükəsiz enerji təchizatında vacib rol oynayır. Mən Azərbaycanın qlobal iqlim hədəflərinə çatmaq istiqamətində səylərindən heyrətlənirəm. Bura bərpa olunan enerji ilə bağlı yeni təşəbbüslərin irəli sürülməsi və enerji effektivliyi ilə bağlı atdığı addımlar aiddir. Bu tədbirlər həyata keçirilərkən ABŞ Azərbaycanın yanında olacaq. Biz ölkədə islahatların və qanunun aliliyini dəstəkləyirik. ABŞ həmçinin regionda davamlı və dayanıqlı sülhün əldə olunmasını dəstəkləməyə davam edəcək. Bu, Cənubi Qafqazda gələcək nəsillər üçün çiçəklənməyə və stabilliyə töhfə verəcək. Mən qarşıdan gələn illərdə də əməkdaşlığımızı səbirsizliklə gözləyirəm.
Hörmətlə Cozef Bayden”.