Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə yeni rəis təyin edilib.
 
RePost.Az unikal-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
 
Əmrə əsasən, rəis vəzifəsinə polis polkovnik-leytenantı Tuncay Abbasov təyinat alıb.
 
Qeyd edək ki, Tuncay Abbasov deputat Aqil Abbasın oğludur. O, bu təyinatadək Binəqədi RPİ-nin 7-ci polis bölməsinin rəisi olub.

Baxış sayı: 8710 | Tarix: 05.06.2023
Bizi Telegramda izləyin: @repostaz