Sabirabad və Hacıqabul rayonlarının bir hissəsinin, Ağsu rayonunun isə Padarqışlaq kəndinin 3 gün müddətində qaz təchizatında fasilə yaranacaq.
 
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
 
Bildirilib ki, 2023-cü ilin payız-qış mövsümündə Gürcüstana təbii qazın fasiləsiz ixrac edilməsi, qaz nəql sisteminin dayanıqlı və təhlükəsiz istismarını təmin etmək məqsədilə “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli qaz kəmərində təmir-bərpa və yenidənqurma işləri aparılacaq.
İyunun 6-da saat 14:00-dan etibarən iyunun 8-nə qədər işlər başa çatanadək “Qarasu” və “Muğan” QPS-lərdən, həmçinin “Gilan Seramik” MMC qaz ölçü qovşağından qaz təchizatı dayandırılacaq.

Baxış sayı: 8425 | Tarix: 06.06.2023
Bizi Telegramda izləyin: @repostaz