Azərbaycanın 63 yaşlı cüdoçusu Fərhad Rəcəbli Avropa çempionatında qızıl medal qazanıb.
RePost.Az xəbər verir ki, Sloveniyada keçirilən veteran cüdoçular arasında keçirilən yarışda iştirak edən Fərhad Rəcəbli 9-cu dəfə qitənin ən güclüsü adını qazanıb.
M7 kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı qızıl medal uğrunda İsveçrəli rəqibinə qallib gəlib.