İyulun 1-dən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların (Bakı-Sumqayıt-Bakı) biznes vaqonlarından ekonom vaqon kimi istifadə olunacaq.
 
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
 
Məlumata görə, məqsəd ekonom vaqonlarında müşahidə olunan sərnişin sıxlığının aradan qaldırılmasıdır. Bu halda ödəniş ekonom vaqon üçün müəyyən olunmuş tarif üzrə həyata keçiriləcək.

Baxış sayı: 21041 | Tarix: 12.06.2023
Bizi Telegramda izləyin: @repostaz