Mərkəzi Bankın sədri Taleh Kazımov bank faizlərinin yüksək olması ilə bağlı açıqlamalara münaibət bildirib. 
 
Onun sözlərinə görə, ilk növbədə bu gün depozit faizləri 6-8 %-dirsə, bu, bankın verəcəyi kreditin maya dəyərinin ən azı 6-8 %-ni təşkil edir. Sonra həmin borcalanın kredit riski bunun üzərinə gəlir. Bundan əlavə, bankın əməliyyat xərcləri var, o da 1-2 % arası olduqda faizlər artır. 
 
"Üstəgəl, bankın marjası da var. Məndən soruşsanız ki, belə olmalıdırmı, deyərəm yox. Mən də başa düşürəm ki, faizlər yüksəkdir. Keçən dəfə ABŞ ilə müqayisə aparıldı. Axı ABŞ-də biznesin xalis mənfəəti bizdəki kimi 15 % deyil, orada aşağıdır. Biz faizləri aşağı salmaq üçün depozitlərimizi aşağı salmalıyıq. Amma etiraf edək ki, 4-5 %-lə depozit qoyan olmayacaq”.

Baxış sayı: 19711 | Tarix: 12.06.2023
Bizi Telegramda izləyin: @repostaz