Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatının finalında ermənistanlı Samvel Gevorqyana tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub. 
 
Bu barədə Azərbaycan Güləş Federasiyasının yaydığı məlumatda deyilir.
 
Digər güləşçimiz Mirzəağa Axundov belaruslu Aleksandr Kambayevə 12:2 hesabıyla qalib gələrək Avropa çempionatında bürünc medal qazanıb.  Camal Abbasov isə türkiyəli rəqibi Vahid Yılmaza 10:0 hesabıyla qalib gələrək ikinci dəfə Avropa çempionatının finalına yüksəlib.
 
Qeyd edək ki, Albaniyanın paytaxtı Tiranada keçirilən qitə birinciliyində ölkəmizi Cəfər Cəfərov (45 kq), Bəşir Verdiyev (48 kq), Seyhun Əlizadə (51 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq), Mirzəağa Axundov (65 kq), İsmayıl Rəhimli (71 kq), Şeyxəli Babazadə (80 kq), Səid Paşayev (92 kq) və Yusif Dursunov (110 kq) təmsil edir.
Məsul yarış iyunun 18-dək davam edəcək.

Baxış sayı: 23188 | Tarix: 17.06.2023
Bizi Telegramda izləyin: @repostaz