REAL Partiyasının sədri İlqar Məmmədov 5 minlik üzvlük siyashısının geri qaytarılması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. 
 
Bu barədə İ. Məmmədov açıqlama verib.
 
REAL sədri adları nazirlik tərəfindən qeydə alınmayan şəxslərlə bağlı rəsmi məktub istəyib: “Ədliyyə Nazirliyinə zəng vurdum. Dedim bizə hər bir üzvlə bağlı iradınızı ayrıca qeyd edən rəsmi məktub verin. Yoxsa biz heç bilmirik siz kimi nəzərdə tutursunuz. Kimdir o təsdiqlədiyiniz adamlar?”
 
Partiya sədri təsdiqlənməyən şəxslərin adlı siyahısının verilməsini vacib sayır: “Nəyə görə onları təsdiqləmədiniz? Hər biri ilə bağlı ayrıca izah qeydi lazımdır ki, siyahının üzərində işləyə bilək”.
 
Ədliyyə Naziriyindən müraciətə baxılacağı bildirilib.
 
Qeyd edək ki, Ədliyyə Nazirliyi REAL-ın qeydiyyat üçün təqdim etdiyi 5 min üzvlük sənədini qəbul etməyib. 
Ədliyyə Nazirliyindən REAL -a göndərilən rəsmi cavabda deyilir ki, reyestrdə adları göstərilən üzvlərlə əlaqə saxlanılıb. 5 min üzvlük siyahısından yalnız 463 nəfərin adı təsdiq olunub.

Baxış sayı: 7570 | Tarix: 17.07.2023
Bizi Telegramda izləyin: @repostaz