Azərbaycanın Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi yaratması bu qanunsuz əməllərə son qoymaq üçün zəruri tədbir idi.
Bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi, səfir Rövşən Sadıqbəyli Daimi Şurasının iclasında Ermənistan XİN rəhbərinə cavabında deyib.
“Eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hər iki istiqamətdə şəffaf və nizamlı keçidi üçün müvafiq şərait yaradılıb.
Sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradıldığı tarixdən - aprelin 23-dən indiyədək Ermənistan tərəfinin onları bu keçiddən istifadədən çəkindirmək üçün apardığı cəhdlərə və yalan təbliğata baxmayaraq, 1 927 nəfər buraxılış məntəqəsindən istifadə edərək sərhədi keçib”, - səfir qeyd edib.