Prezidentin sərəncamı ilə jurnalistlər üşün tikilmiş bina şəhid ailələri və müharibə əlillərinə veriləcək. 
 
Bu barədə RePost.Az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyindən bildirilib. 
 
"Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 20 ünvanında yerləşən 255 mənzilli binadakı mənzillərin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinə və həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarının mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadə edilməsi nəzərdə tutulub", - məlumatda qeyd edilib.

Baxış sayı: 9261 | Tarix: 25.08.2023
Bizi Telegramda izləyin: @repostaz