Hindistanın adı Bharat olaraq dəyişdirilə bilər.
Bu barədə “The Economic Times” nəşri yazıb.
Bildirilir ki, sözügedən dəyişikliyi nəzər tutan müvafiq qətnamə parlamentin 18-22 sentyabr tarixinlərində keçiriləcək növbədənkənar iclasında təqdim olunacaq.
"Hindistan min illərdir Bharat adı ilə tanınır. Bharat adını Hindistana isə britaniyalılar dəyişib. Hindistan adı müstəmləkəçilər tərəfindən verilib və quldarlığın simvolu sayılır", - deyə Hindistan parlamentinin yuxarı palatasının deputatlarından biri bildirib.