İstanbulda boşanma iddiası üçün bəhanə əldə etmək istəyən iş adamı evinə gizli kamera yerləşdirib. 

RePost.Az-ın milli.az-a istinadən verdiyi xəbər görə, İstanbul Bahçelievlerdə avtomobil şirkəti sahibi Mehmet M.İ. və həyat yoldaşı Anıl K. İ evliliklərinin 2.5 ilində ayrılmaq qərarına gəliblər. Keçən il İstanbul Ailə Məhkəməsində boşanma iddiası açan cütlükdən anlaşılmazlıqlarını sübuta yetirən dəlillər istənilib.

Mehmet M.İ. dəlil tapmaq üçün maraqlı bir plan hazırlayıb. İş adamı, həyat yoldaşının səsini və görüntülərini əldə etmək üçün evinə kamera yerləşdirib.

Görüntüləri ələ keçirən Mehmet M.İ. bir müddət sonra da arvadı ilə anasının danışıqlarını dinləmək üçün evinə "böcək" yerləşdirib və topladığı  bütün görüntüləri məhkəməyə dəlil olaraq təqdim edib. Anıl K. İ ərinin təqdim etdiyi gizli görüntülərini görüncə şok keçirib və dərhal məhkəmədə iddia qaldırıb.

Əri haqqında "Şəxslər arasındakı danışıqları dinləmək, şəxsi həyatın gizliliyini pozmaq" cinayət əməlləri ilə bağlı 5 ilə qədər həbs istəyiylə iddia qaldırıb. 


Baxış sayı: 4492 | Tarix: 03.04.2017
Bizi Telegramda izləyin: @repostaz