Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edən şəxs edam cəzasına məhkum edilib.
Bu barədə Azərbaycan Televiziyası (AzTV) məlumat yayıb. Bildirilib ki, Yasin Hüseynzadə ilə bağlı hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.
Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yanvarın 29-da səfirliyin əməkdaşları və onların ailə üzvləri - ümumilikdə 53 nəfər Bakıya təxliyə edilib.