Sabahdan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı-Sumqayıt-Bakı "Ekspres" qatarı fəaliyyətə başlayır.
	 
	ADY-dən verilən məlumata görə, sərnişin sıxlığını nəzərə alaraq ADY Bakı-Sumqayıt-Bakı marşrutu üzrə oktyabrın 13-dən etibarən "Ekspres" reyslər əlavə edir.
	 
	"Ekspres" qatarı marşrut üzrə heç bir ara stansiya və dayanacaqlarda dayanmadan birbaşa hərəkət edəcək.
	 
	İş günləri hərəkət cədvəli:
	 
	Bakı-Sumqayıt: 06:50 - 07:37 və 18:05 - 18:45
	 
	Sumqayıt-Bakı: 07:45 - 08:26 və 19:20 -20:05