Rusiyanın Həştərxan vilayətində milislərin öldürülməsi anı kameralara düşüb.
RePost.Az xəbər verir ki, yerli vaxtla saat 00:27 naməlum şəxslər Həştərxan vilayətinin Lenin rayonunda yerləşən benzindoldurma stansiyasının «Magistral» mağazasında 2 milis öz tabel silahları ilə öldürərək gizləniblər.
Hər iki asayiş keşikçisi elə yerindəcə keçinib.
Milislərin ölümündə şübhəli bilinən şəxslərin idarə etdiyi «Qazel» daha sonra şəhərin bir neçə km kənarda tapılıb.