Bakıda sərnişini təhqir edən “BakuBus” MMC-yə aid 32 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusun sürcüsü işdən çıxarılıb.
Bu barədə RePost.Az-a “BakuBus” MMC-dən bildirilib. Bildirilib ki, qurumun istismarında olan 32 nömrəli marşrut xəttinin sürücüsü ilə bağlı yayılan videogörüntülər hərtərəfli araşdırılıb. Sürücünün davranışının qaydalar çərçivəsində olmadığı öz təsdiqini tapıb və sürücü əmək qanunvericiliyinə əsəsən işdən azad edilib.