“Araz Supermarket” MMC-nin dövlət qarşısında böyük həcmdə vergi borcunun yarandığı məlum olub.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir. Məlumata görə, bu il oktyabrın 29-na supermaketlər şəbəkəsinin vergi borcu 3 milyon 761 min 722.12 manata çatıb.
Qeyd edək ki, 2011-ci ildə dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 7 milyon 55 min manat və qanuni təmsilçisi isə Rəşad Arif oğlu İbrahimovdur.