Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ailə üzvlərinin də aeroportda VİP salondan istifadə etməsini istəyir.
 
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihəsinin müzakirəsində deputat Sabir Rüstəmxanlı deyib.
 
Deputat bildirib ki, əvvəllər millət vəkilləri diplomatik xarici ölkələrə gedəndə ailə üzvlərini yanlarında apara bilirdilər: “Sonra onların özləri olmadan da övladı və həyat yoldaşı VİP salondan istifadə edə bilirdi. Bu qanun hər yerdə belədir. Hətta əvvəl millət vəkili olub, sonra olmayanlar da VİP salondan istifadə edə bilirdi. İndi qayda belədir ki, özün gedirsənsə istifadə edə bilərsən, amma özün getmirsənsə, sənin ailə üzvlərin orada gedə bilməz. Bu məsələdə millət vəkillərinə fərqli münasibət var. O VİP salonlara ticarət adamları, vəzifəli şəxslərin qohumları rahat gəlib-gedirlər. Amma millət vəkilləri bundan istifadə edə bilmir. Niyə belə ögey münasibət olmalıdır? Mən istəyirəm bu məsələ bizim aidiyyəti orqanların qarşısında qaldırılsın”.
 
Deputat diplomatik pasport məsələsini də qaldırıb: “Millət vəkili diplomatik pasportdan ancaq xidmət etmək üçün istifadə edir, amma deputat olmayan kimi bu pasport qaytarılmalıdır”.

Baxış sayı: 6088 | Tarix: 15.11.2023
Bizi Telegramda izləyin: @repostaz