Dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behiştinin məhkəməsi başlayıb.  
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.
  
İttihama görə, o, 2007-ci ildə qəsdən və tamah məqsədilə İranın Qum şəhərində həmin ölkənin xüsusi xidmət orqanı olan SEPAH-a bağlı olan Əkbər adlı şəxslə əməkdaşlığa başlayıb. H.Əliyev orada olarkən Behişti təxəllüsünü götürüb.  
 
O, 2007-2014-cü illərdə Bakının Binə, Maştağa və Nardaran ərazisində olan məscidlərə gedib, orada İrana yaxınlığı ilə seçilən şəxslər barədə məlumatlar toplayıb.  
 
Hacı Əli Behişti Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Baxış sayı: 6943 | Tarix: 29.11.2023
Bizi Telegramda izləyin: @repostaz