Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana səfərə gedib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd edək ki, səfər çərçivəsində Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Beşinci Toplantısı baş tutacaq.