Akkuyu Atom Elektrik Stansiyasının ilk enerji bloku Türkiyə hökumətindən işə salınmaq üçün icazə alıb.
 
Bu barədə "Rosatom"un teleqram kanalı məlumat yayıb.
 
Bildirilib ki, Türkiyədə tikilməkdə olan Akkuyu AES-in ilk enerji blokunun işə salınmasına Türkiyə hökuməti tərəfindən icazə verilib.
 
Qeyd edək ki, Akkuyu AES-lə bağlı 10 may 2010-cu ildə Ankarada Rusiya-Türkiyə hökumətlərarası sazişi imzalanıb. 2011-ci ildən Akkuyu layihəsinin həyata keçirilməsinə başlanılıb. 2015-ci ilin sonunda, Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsi (hərbi təyyarə böhranı-red) ilə əlaqədar olaraq, layihənin dondurula biləcəyi təhlükəsi yaranıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2016-cı ilin aprel ayında layihədən imtina etmək niyyətində olmadıqlarını açıqlayıb. 2016-cı ilin avqustunda Rusiya və Türkiyə prezidentləri Akkuyu atom stansiyasının layihəsini bərpa etməyə razılıq veriblər.
 
2019-cu ilin avqustunda Rusiyanın Sberbank və Rosatomun törəmə şirkəti - "Akkuyu Nuclear" ASC Akkuyu AES-in inşası üçün 400 milyon dollar məbləğində kreditin ayrılması haqqında müqavilə imzalayıb.
 
27 aprel 2023-cü il tarixində isə Akkuyu AES-in 1 saylı enerji blokuna Rusiya istehsalı nüvə yanacağının vurulması ilə bağlı mərasim keçirilib.

Baxış sayı: 13194 | Tarix: 12.12.2023
Bizi Telegramda izləyin: @repostaz