Somali prezidentinin oğlunun Türkiyəyə ekstradisiyası müzakirə olunur.
 
Bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.
 
Nazir qeyd edib ki, Türkiyə vətəndaşlarının hüquqları prioritetdir:
 
“Onların hüquqlarını müdafiə etmək bizim borcumuzdur”.
 
Tunçun sözlərinə görə Somalidən olan həmkarı ilə görüşüb, yaxın zamanda məhkəmə prosesi başlayacaq:
 
“Müttəhimin Türkiyəyə gətirilərək mühakimə olunması mümkündür”.
 
Xatırladaq ki, Somali prezidentinin oğlu Məhəmməd Həsən Şeyx Mahmud 30 noyabrda İstanbul şəhərində avtomobili ilə hərəkət edən zaman motosikletlə toqquşub. Nəticədə 38 yaşlı motosiklet sürücüsü həyatını itirib. Bunun ardınca Məhəmməd Həsən Şeyx Mahmudun Türkiyədən qaçması iddia edilib, lakin atası oğlunun vacib görüşlərlə əlaqədar Somaliyə qayıtmalı olduğunu bildirib.

Baxış sayı: 13042 | Tarix: 14.12.2023
Bizi Telegramda izləyin: @repostaz