Estoniya sərhəddə tikinti işlərini başa çatdıraraq özünü hasarla rəsmi olaraq Rusiyadan ayırıb.
 
APA-nın məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Lauri Lanemets “Politico”ya açıqlamasında bildirib.
 
“Məqsədimiz yüksək texnologiyalı müasir sərhəd infrastrukturudur” – nazir bildirib.
 
Hasarın uzunluğu 40 km-dir. Nazirin qeyd etdiyi kimi, Aİ-nin şərq sərhədi qabaqcıl avadanlıq, təhlükəsizlik sistemləri və müşahidə pilotsuz uçuş aparatları ilə təchiz edilməlidir. Rusiya ilə bütün sərhəd mühafizəsi layihəsi 2025-ci ildə tamamlanmalıdır.

Baxış sayı: 14410 | Tarix: 15.12.2023
Bizi Telegramda izləyin: @repostaz