Bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəısi baş verib.
RePost.Az xəbər verir k, Peşəkar Futbol Liqasının əməkdaşlarını Xankəndiyə aparan Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobil idarəetməni itirərək yol nişanına çırpılıb.
Nəticədə sürücü də daxil olamqla PFL-in 7 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
TƏBİB-dən verilən məlumata görə, qəzaya düşənlərdən 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 3-nün vəziyyəti isə stabil qiymətləndirilir.
Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.
Qeyd edək ki, mikroavtobusda qəzaya düşənlər arasında Peşəkar Futbol Liqasının (PFL) prezidneti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyev də var.