“Qarabağ”ın avrokuboklardakı növbəti rəqibi müəyyənləşib.
 
Bu, Avropa Liqasının pley-off mərhələsinin püşkatmasında dəqiqləşib.
 
Turnirin qrup mərhələsində ikinci olan təmsilçimiz 1/8 finala vəsiqə uğrunda dueldə "Braqa" ilə qarşılaşacaq. Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasında qrup üçüncüsü ilə ilk matçı səfərdə keçirəcək.
 
Qeyd edək ki, pley-off mərhələsi 2024-cü ildə baş tutacaq. İlk oyunlar fevralın 15-də, cavab görüşləri 22-də keçiriləcək.

Baxış sayı: 19122 | Tarix: 18.12.2023
Bizi Telegramda izləyin: @repostaz